...

Paris-2024: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

İdman Materials 3 Sentyabr 2024 22:23 (UTC +04:00)
Paris-2024: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris Yay Paralimpiya Oyunlarının 6-cı günündə daha bir paralimpiyaçımız öz gücünü sınayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda özünü yoxlayıb.

O, 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Lamiyə yeni dünya rekordunu müəyyənləşdirib. Paratletimiz Rio-2016 Paralimpiadasında ukraynalı Leilia Adjametovanın 11,79 saniyəlik nəticəsini yaxşılaşdırıb.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti