Bakı. Trend:
Premyer Liqada 100-cü oyunuma çıxdığım üçün xoşbəxtəm.
Trend xəbər verir ki, bunu İdman.biz-ə “Zirə”nin futbolçusu Rafael Utziq deyib.
O, Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirməsi ilə bağlı danışıb. 28 yaşlı braziliyalı hücumçu bildirib ki, bu əlamətdar hadisəni yaşadığı üçün çox məmnundur: “Düzdür, bu matç Premyer Liqanın V turunda “Qarabağ”la (1:3) keçirdiyimiz oyuna təsadüf etdi. İstərdim ki, bu günü qələbə ilə başa vurum. Amma alınmadı. Bu, bir oyundur. Futbolda bu cür hadisələr çox olur. Yadda qalan və qol vurduğum oyunlar çox olub. “Qəbələdə”, həmçinin “Zirədə” Avrokubokların təsnifat oyunları müəyyən mənada unudulmaz keçib. Bundan sonra da bir zamanlar “Qəbələ” üçün çalışdığım kimi, indi də “Zirə”nin qələbə əldə etməsi üçün əlimdən gələni edəcəm”.
Qeyd edək ki, Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.