Bakı. Trend:
Azərbaycanın bədii gimnastika komandası San-Marinoda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, böyüklərin yarışında İlona Zeynalova 5 dəfə fəxri kürsüyə qalxıb.
O, çoxnövçülükdə, halqa və topda gümüş, gürz və lentlə hərəkətlərdə bürünc medal qazanıb.
Yeniyetmələrin yarışında isə Şəms Ağahüseynova lentlə hərəkətdə qalib gəlib, çoxnövçülükdə ikinci olub.