...

Fransalı futbolçu "Qarabağ"dan gedib

İdman Materials 9 Sentyabr 2024 17:57 (UTC +04:00)
Fransalı futbolçu "Qarabağ"dan gedib

Bakı. Trend:

“Qarabağ” klubu hücumçusu Hamidu Keytayla yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti