...

Vətənə bürünc medalla döndüyüm üçün çox xoşbəxtəm - İlham Zəkiyev

İdman Materials 10 Sentyabr 2024 08:28 (UTC +04:00)
Vətənə bürünc medalla döndüyüm üçün çox xoşbəxtəm - İlham Zəkiyev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu mənim iştirak etdiyim 6-cı Paralimpiya Oyunları idi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində "Paris-2024" Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan millisinin paracüdoçusu İlham Zəkiyev deyib.

J1 kateqoriyasında 90+ kq-da bürünc medal qazanan Zəkiyev yarışla bağlı təəssüratlarını paylaşıb:

“Zədələrim ucbatından uzun müddədir müalicə alırdım. Buna görə də istədiyim kimi hazırlaşa bilməmişdim. Lakin bütün bunlara baxmayaraq Vətənə bürünc medalla döndüyüm üçün çox xoşbəxtəm. Birinci görüşdə fransalı rəqibimə qarşı mübarizə apararkən hakimlərin tərəfkeşliyi hiss olunurdu. Qələbəmi vətənimə və xalqıma həsr edirəm”.

44 yaşında əzimkar mübarizə aparmasına münasibət bildirən Zəkiyev insanın öz üzərində çalışmasının vacibliyini vurğulayıb:

“İnsan işini sevə-sevə görəndə hər zaman ondan yaxşı nəticə əldə edə bilir”.

Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti