Bakı. Trend:
"Mançester Siti"nin ulduzu Kevin de Bruyne kapitan sarğısından imtina edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.
Belçikalı yarımmüdafiəçi üzərinə əlavə məsuliyyət götürmək istəməyib. O, klub rəhbərliyi və baş məşqçiyə bunu bildirib.
Qeyd edək ki, Kevin "Mançester Siti" ilə müqaviləsi gələn ilin yayında bitəcək. O, komandanın heyətdinə 386 oyunda 103 qol vurub, 171 ötürmə edib.