Bakı. Trend:
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qəbələdə təşkil olunacaq hazırlıq sentyabrın 16-dan 24-dək davam edəcək.
Yığmanın heyətinə 24 futbolçu cəlb olunub. U-18-in hazırlıq çərçivəsində 2 yoxlama oyun keçirməsi nəzərdə tutulub.