Bakı. Trend:
“Gəncə” heyətinə daha bir futbolçu qatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Dioqo Verdaska mövsümün sonuna kimi "Kəpəz"in şərəfini qoruyacaq.
Portuqaliya oyunçu müdafiə mövqeyində çıxış edir.
Qeyd edək ki, 27 yaşlı Verdaskanın son klubu İspaniyada Sequnda (LaLiga 2) təmsilçisi "Mirandes" olub. "Porto"nun yetirməsi olan Dioqo İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.