Bakı. Trend:
Bu gün Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirə turnirinə start veriləcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, iki gün davam edəcək ənənəvi yarışda sərbəst güləş üzrə millimizin üzvləri iştirak edəcək.
Turnirdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 14 güləşçi mübarizə aparacaq:
Xatirə Turniri
Sərbəst güləş
5️7 kq
Vasif Bağırov
6️1kq
Nürəddin Novruzov
6️5 kq
Rəşid Babazadə, Ruslan Abdullayev
7️0 kq
Əli Rəhimzadə, Maqomed-Başir Xaniyev
7️4 kq
Cəbrayıl Qadjiyev
8️6 kq
Arseniy Djioyev
7️9 kq
Orxan Abasov, Ali Tsokayev
9️2 kq
Abubakr Abakarov, Abdulcəlil Şabanov, Şamil Zubairov
9️7 kq
Aslan Abakarov