Quba. Trend:
Bu gün yarışda gərgin mübarizə apardım və qələbə qazandım.
Trend xəbər verir ki, bunu Quba şəhərində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" yarışında ikinci olan "Ocaq Sport" klubunun üzvü Zeynəb İsmayılova deyib.
O qeyd edib ki, bu cür yarışda iştirak etmək çox maraqlıdır.
“Qələbə qazandığıma görə çox sevinirəm. Hər kəs birinci olacağıma inanırdı. Bu gün əla mübarizə apardım", - deyə o əlavə edib.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastika
üzrə "Grace of Nature" turniri başlayıb. 3 gün davam edəcək
yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər
müəyyən olunacaq.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir. Gimnastlar kiçiklər
(2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il
təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər
(2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər.
Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə
iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış
edəcəklər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak
edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature"
turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və
təcrübə qazanmaq üçün əla fürsət yaradır!