Bakı. Trend:
“Bununla bağlı mən də xəbərlər eşitmişəm”.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis adının “Neftçi” ilə hallanmasına münasibət bildirib. Onun sözlərinə görə, Roman Qriqorçukun göndərilməsindən sonra boş qalan baş məşqçi postu ilə bağlı ona rəsmi müraciət olmayıb:
“Bu, heç bir həqiqəti əks etdirmir. “Neftçi”nin rəhbərliyi də mənə baş məşqçiliklə bağlı müraciət etməyib. Hər hansısa bir formada danışıqlar aparılmayıb. Yəni hazırki durum üçün bu postu tutacağımla bağlı real nəsə yoxdur”.
Qeyd edək ki, Əsədov yığmadan ayrıldıqdan sonra işsizdir.