Bakı. Trend:
23 yaşadək minifutbolçular arasında dünya çempionatı davam edir.
Trend xəbər verir ki, 1/4 final mərhələsinin matçları baş tutub.
Azərbaycan millisi ilk oyunda meydana çıxıb. Qrupda 3-cü olan Rəcəb Fərəczadənin yetirmələri digər “dördlük”də ikinci yeri tutan İngiltərə ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz yarımfinalda qrupumuzun qalibi olan Çexiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Xorvatiyadakı mundialda Serbiya (1:5), Hindistan (16:0) və Çexiya (0:2) ilə qarşılaşıb.