Bakı. Trend:
Həftəsonu çimərlik güləşi üzrə mövsümə yekun vurulacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilin həlledici yarışı Xorvatiyanın Poreç şəhərində keçiriləcək.
Oktyabrın 12-13-də təşkil ediləcək Dünya Seriyasının final mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) ökəmizi təmsil edəcək.
Qeyd edək ki, bu yarışdan dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.