...

"Vest Hem"in futbolçusu Maykl Antonio qəza keçirib

İdman Materials 7 Dekabr 2024 23:42 (UTC +04:00)
"Vest Hem"in futbolçusu Maykl Antonio qəza keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Vest Hem"in hücumçusu Maykl Antonio yol qəzasına düşüb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisənin təfərrüatları hələ dəqiq açıqlanmayıb. Jurnalist Eduardo Burqos bildirib ki, futbolçunun idarə etdiyi avtomobil ciddi zədələnib. Qəza nəticəsində Maykl Antonio helikopterlə xəstəxanaya çatdırılıb.

"Vest Hem"dən verilən açıqlamada belə deyilir: "Hücumçumuz Maykl Antonio'nun bu gün yol qəzasına düşdüyünü təsdiqləyirik. Bütün klub üzvlərinin düşüncələri və duaları bu anda Maykl, ailəsi və dostları ilədir. Biz yenilənmiş məlumatları yaxın vaxtlarda açıqlayacağıq."

Xəbər lenti

Xəbər lenti