Bakı. Trend:
İngiltərə Kubokunun 1/16 final mərhələsində keçirilən qarşılaşmada “Mançester Yunayted” “Lester” üzərində qələbə qazanıb.
Trend-in məlumatına görə, ilk hissədə “Lester” üstün oyun sərgiləsə də, matçın sonunda təcrübə həlledici rol oynayıb.
Görüşün son saniyələrində Harri Maquayrın vurduğu qol “qırmızı şeytanlar”a 2:1 hesablı qələbə qazandırıb.
Xatırladaq ki, “Mançester Yunayted” 1/32 finalda “Arsenal”ı məğlub edərək bu mərhələyə vəsiqə qazanmışdı.