...

Azərbaycan atleti qızıl medal qazanıb

İdman Materials 15 Fevral 2025 18:10 (UTC +04:00)
Azərbaycan atleti qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal əldə edib.

Trend-in Azərbaycan Atletika Federasiyasına istinadən verdiyi məlumata görə, üç təkanla tullanma növündə çıxış edən idmançı 16,3 metr nəticə göstərərək yarışın qalibi olub. O, 9 ölkədən 12 idmançının iştirak etdiyi turnirdə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan atletlərindən Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatında çempion olmuşdu.

Azərbaycan bu yarışda ümumilikdə 6 idmançı ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti