...

"Real Madrid" doğma meydanda "Rayo Vallekano"nu məğlub edib - İspaniya La Liqası

İdman Materials 9 Mart 2025 22:16 (UTC +04:00)
"Real Madrid" doğma meydanda "Rayo Vallekano"nu məğlub edib - İspaniya La Liqası

Bakı. Trend:

İspaniya La Liqasında 28-ci turun növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, çempionluq mübarizəsi aparan "Real Madrid" doğma meydanda "Rayo Vallekano"nu qəbul edib. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Kral klubu" ikinci pilləyə yüksəlib. Qonaqlar isə 36 xalla yeddinci yerdə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti