...

Viktor Lindelöf İtaliyaya köçməyə hazırlaşır

İdman Materials 16 Mart 2025 16:41 (UTC +04:00)
Viktor Lindelöf İtaliyaya köçməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted"dən ayrılmaq istəyən Viktor Lindelöf, İtaliyaya köçməyə hazırlaşır.

Trend xəbər verir ki, 30 yaşlı müdafiəçiyə “Milan”dan təklif gəlib.

Ruben Amorim, Lindelöfü komandasında görmək istəmədiyi üçün isveçli futbolçu özünə yeni iş yeri axtarır. O, “rossonyerlər”dən gələn təklifi dəyərləndirmək niyyətindədir.

Lindelöfün "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir. Bu mövsümdə yalnız 7 matçda iştirak edən mərkəz müdafiəçisi, karyerası ərzində “Vasteras” və “Benfika” komandalarında da oynamışdır.

Xəbər lenti

Xəbər lenti