Bakı. Trend:
İspaniya La Liqasında 27-ci turdan təxirə salınmış oyun baş tutub.
Trend-in məlumatına görə, "Barselona" futbol klubu doğma meydanda "Osasuna" ilə qarşılaşıb.
Kataloniya təmsilçisi oyuna sürətli start verərək erkən qollarla üstünlük qazanıb. Nəticədə "Barsa" 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəlib.
Qolları Ferran Torres (11-ci dəqiqə), Dani Olmo (21, penaltidən), Robert Levandovski (77) vurublar.
Bu oyundan sonra komandanın aktivində 63 xal var.