Bakı. Trend:
Türkiyə Kubokunda qrup mərhələsinin oyunları çərçivəsində “Qalatasaray” və “Başakşəhər” komandaları arasında qarşılaşma keçirilib.
Trend xəbər verir ki, A qrupunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb — 1:0.
Matçda yeganə qol 22-ci dəqiqədə Ahmet Kutucu tərəfindən vurulub.
Bu nəticə ilə “Qalatasaray” Türkiyə Kubokunda çıxışına üç xalla başlayıb.
