...

İtaliya Superkuboku: “Napoli” “Milan”ı məğlub edərək finala yüksəlib

İdman Materials 19 Dekabr 2025 03:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Superkubokunun yarımfinal mərhələsində “Napoli” və “Milan” komandaları qarşılaşıb.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən “Əl-Əvvəl Park” stadionunda baş tutan oyun “Napoli”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları 39-cu dəqiqədə David Neres, 64-cü dəqiqədə isə Rasmus Hoylund vurub.

Bu qələbə ilə “Napoli” İtaliya Superkubokunda ilk finalçı olub. Neapol təmsilçisi finalda “Bolonya” – “İnter” cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti