...

“Lans” Amadu Aydarı transfer edib

İdman Materials 24 Dekabr 2025 02:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Lans” klubu rəsmi saytında yarımmüdafiəçi Amadu Aydarın transferini açıqlayıb.

Trend xəbər verir ki, oyunçunun yeni klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Aydar 2016–2019-cu illərdə “Red Bull Zalsburq”da, 2019-cu ildən isə “RB Leypsiq”də oynayıb. Alman klubunda 222 oyun keçirərək 15 qol vurub və 13 məhsuldar ötürmə edib, lakin bu mövsüm heyətdəki yerini itirib.

O, həmçinin 2017-ci ildən Mali millisində də çıxış edir. “Lans” hazırda Liqa 1 turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti

Xəbər lenti