Bakı. Trend:
İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsində “Arsenal” və “Kristal Palas” komandaları üz-üzə gəlib.
Trend xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qalib penaltilər seriyasında müəyyənləşib və “Arsenal” 8:7 hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.
“Topçular” yarımfinal mərhələsində “Çelsi” ilə qarşılaşacaq. Digər yarımfinal oyununda isə “Nyukasl Yunayted” və “Mançester Siti” üz-üzə gələcək. Yarımfinalın ilk oyunlarının 12 yanvar həftəsində keçirilməsi planlaşdırılır.
