...

"Çelsi"də bu mövsüm debüt etməyən futbolçu "Roma"ya keçə bilər

İdman Materials 25 Dekabr 2025 07:09 (UTC +04:00)

Bakı. Trend:

“Roma” Aksel Disasini transfer etməkdə maraqlıdır.

Trend "RMC Sport"a istinadən xəbər verir ki, İtaliya klubu qış transfer pəncərəsində “Çelsi” müdafiəçisini icarəyə götürməyi müzakirə edir. Fransalı futbolçu Roma baş məşqçisi Jan Piero Qasperininin diqqətini çəkib. O, rəhbərliyə Disasini komandada görmək istədiyini bildirib.

Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm London klubunda heç bir matç keçirməyib.

Xəbər lenti

Xəbər lenti