...

"Fənərbağça"nın futbolçusu "Yuventus"a keçməkdən imtina etdi

İdman Materials 26 Yanvar 2026 01:28 (UTC +04:00)
"Fənərbağça"nın futbolçusu "Yuventus"a keçməkdən imtina etdi

Bakı. Trend:

En-Nesiri "Yuventus"a keçməyəcək, çünki "Fənərbağça"dan icarə əsasında ayrılmaq istəmir.

Trend xəbər verir ki, Turin klubunun idman direktoru Corco Kyellini bu barədə açıqlama verib:

"En-Nesirinin razılaşmanın formulu ilə bağlı şübhələri var və vəziyyəti dəyərləndirdikdən sonra danışıqların bitdiyini hesab edirik. Biz En-Nesirini daimi əsaslarla transfer etməyəcəyik."

Qeyd edək ki, daha əvvəl hücumçunun 5 milyon avroya icarəyə götürülməsi və 19+3 milyon avro qarşılığında satınalma hüququnun razılaşdırıldığı xəbər verilmişdi.

Xəbər lenti

Xəbər lenti