...

“Real Madrid” braziliyalı müdafiəçi ilə maraqlanır

İdman Materials 27 Yanvar 2026 03:21 (UTC +04:00)
“Real Madrid” braziliyalı müdafiəçi ilə maraqlanır

Bakı. Trend:

“Real Madrid” “Betis”in braziliyalı mərkəz müdafiəçisi Natanı transfer siyahısına daxil edib.

Trend-in məlumatına görə, futbolçuya “Çelsi” və “Nyukasl” klubları da maraq göstərir.

Jurnalist Ekrem Konurun X sosial şəbəkəsində paylaşdığı xəbərə əsasən, “Sevilya” təmsilçisi oyunçu üçün 40–50 milyon avro aralığında qiymət müəyyənləşdirib.

Natanın klubla mövcud müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir. Cari mövsümdə o, bütün turnirlərdə 27 matçda iştirak edib və 1 assistlə yadda qalıb. Transfermarkt portalı müdafiəçinin transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti