...

Azərbaycanlı FİFA referisi UEFA-dan növbəti dəfə təyinat aldı

İdman Materials 27 Yanvar 2026 13:58 (UTC +04:00)
Azərbaycanlı FİFA referisi UEFA-dan növbəti dəfə təyinat aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Trend qurumun saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək "Midtyülland" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) matçın idarə edəcək.

E.Məsiyevə yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş yanvarın 29-u Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 30-u, saat 00:00-da başlanacaq.

Xatırladaq ki, E.Məsiyev daha əvvəl Avroliqada 6-cı turun "Frayburq" (Almaniya) - "Zalsburq" (Avstriya) matçını idarə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti