...

“Aston Villa” Temmi Abrahamı transfer edib

İdman Materials 28 Yanvar 2026 00:17 (UTC +04:00)
“Aston Villa” Temmi Abrahamı transfer edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Aston Villa” klubu rəsmi saytında “Beşiktaş”ın hücumçusu Temmi Abrahamı satın aldığını açıqlayıb.

Trend xəbər verir ki, Abraham “Çelsi”nin gənclər sisteminin yetirməsidir və həm gənclər, həm də böyüklər komandasında çıxış edib. Onun karyerasında həmçinin “Roma”, “Milan” və digər klublarda oynadığı dövrlər də yer alıb.

Qeyd olunur ki, Abraham 2018/2019 mövsümündə “Birminhem”də çıxış edərək komandanın İngiltərə Premyer Liqasına yüksəlməsinə yardım edib.

Bu mövsüm 26 matçda 13 qol vuran və üç məhsuldar ötürmə edən Abrahamın hazırkı bazar dəyəri Transfermarkt-a görə 14 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti