...

"Milan"ın sabiq futbolçusu "İnter"in hədəfində

İdman Materials 28 Yanvar 2026 19:48 (UTC +04:00)
"Milan"ın sabiq futbolçusu "İnter"in hədəfində
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Əl-Əhli"nin yarımmüdafiəçisi Frank Kessye İtaliya A Seriyasına qayıda bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "İnter" Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq istəyir.

"Neradzurri" klubu ilə 6 aylıq müqaviləsi qalan Kessyeni yayda azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır. "İnter" artıq 29 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Əl-Əhli" Frank Kessyeni 2023-cü ilin yayında "Barselona"dan 12,5 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti