...

Danimarka həndbol üzrə Avropa çempionu oldu

İdman Materials 2 Fevral 2026 00:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkanın kişilərdən ibarət həndbol seçməsi Avropa çempionatının qalibi olub.

Trend xəbər verir ki, danimarkalılar final görüşündə Almaniya yığmasını 34:27 hesabı ilə məğlub ediblər.

Bununla da Danimarka komandası üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb.

Final qarşılaşmasını Almaniyanın kansleri Fridrix Merts və Danimarkanın Baş naziri Mette Frederiksen birgə izləyiblər.

Üçüncü yer uğrunda oyunda isə Xorvatiya seçməsi İslandiyanı 34:33 hesabı ilə məğlub edib.

Danimarka, Norveç və İsveçin birgə ev sahibliyi etdiyi çempionatda 24 komanda altı qrupda mübarizə aparıb.

Qeyd edək ki, həndbol üzrə Avropa çempionatı iki ildən bir keçirilir. Növbəti çempionat 2028-ci ildə Portuqaliya, İspaniya və İsveçrədə təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti