Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XX tura yekun vurulub.
Trend xəbər verir ki, bağlanış oyununda "Fənərbağça" səfərdə "Kocaelispor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Marko Asensio və Dorjeles Nene vurublar.
Bu qələbə ilə xallarını 46-ya çatdıran İstanbul təmsilçisi 2-ci pillədəki yerini qoruyub. Komandanı lider "Qalatasaray"dan cəmi 3 xal ayırır.