...

Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər

İdman Materials 3 Fevral 2026 01:21 (UTC +04:00)
Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər

Bakı. Trend:

Xabi Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər.

Trend xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, “Real” və “Bayer”in sabiq baş məşqçisinin Pep Qvardiolanın mümkün varisləri sırasında nəzərdən keçiriləcək ən azı üç namizəddən ibarət qısa siyahıya daxil ediləcəyi gözlənilir. Kataloniyalı mütəxəssisin yayda postunu tərk edəcəyinə dair inam artsa da, “Mançester Siti”dəki mənbələr bunun belə olmadığını bildirirlər.

Gözlənilir ki, siyahıya Alonso, Enso Mareska və Fransesk Fabreqas daxil olacaq. “Bavariya”nı çalışdıran Vensan Kompaniyə gəlincə, Münhen klubu ilə əlaqəli mənbələr belçikalı mütəxəssisin bu yay İngiltərəyə qayıtmağa razı olacağını düşünmürlər.

Bundan əvvəl “Mançester Siti” Roberto De Dzerbi ilə də maraqlanırdı, lakin hazırda italiyalı məşqçi “Marsel”də çətinliklərlə üzləşib.

Xəbər lenti

Xəbər lenti