...

“Lester Siti” “Mançester Siti”nin yarımmüdafiəçisini icarəyə götürdü

İdman Materials 3 Fevral 2026 19:48 (UTC +04:00)
“Lester Siti” “Mançester Siti”nin yarımmüdafiəçisini icarəyə götürdü

Bakı. Trend:

"Mançester Siti"nin futbolçusu Divine Mukasa karyerasını Çempionşipdə davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Lester Siti" ingiltərəli hücumameyilli yarımmüdafiəçini icarəyə götürüb. İngiltərə U-19 milli komandasının üzvü mövsümün sonunadək "tülkülər"in uğurları üçün tər tökəcək.

Qeyd edək ki, "Mançester Siti" Divine Mukasanı 2022-ci ilin yayında "Vest Hem"in akademiyasından transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti