...

"Ayaks" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib

İdman Materials 3 Fevral 2026 20:39 (UTC +04:00)

Bakı. Trend:

Niderlandın "Ayaks" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, Amsterdam təmsilçisi "Veles Sarsfild"dən Maer Karrisonu transfer edib.

Amsterdamlılar argentinalı vinger üçün onun klubuna 6 milyon avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Maer Karriso "Veles Sarsfild"in yetirməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti