...

Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb

İdman Materials 4 Fevral 2026 23:46 (UTC +04:00)
Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib.

Trend xəbər verir ki, “Zaqreb Open” adlanan ənənəvi yarışda ölkəmizi qadın güləşi üzrə milli komandamız təmsil edir.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran və Elnurə Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) xalçaya çıxacaqlar.

Qeyd edək ki, turnirdə I dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.

Xəbər lenti

Xəbər lenti