...

Bağlanmış 4 bankın qorunan əmanətçilərinin 55%-nin pulu 1 manatdan çox deyil

İqtisadiyyat Materials 22 Avqust 2016 10:53 (UTC +04:00)
Ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil.
Bağlanmış 4 bankın qorunan əmanətçilərinin 55%-nin pulu 1 manatdan çox deyil

Bakı. Ənvər Məmmədov  - Trend:

Ləğvetmə prosesində olan “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinin təxminən 55%-nin bank hesablarındakı vəsaiti 1 manatdan çox deyil.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bağlanmış 4 bankda qorunan əmanətçilərinin sayı 31 959 nəfərdir. Bunlardan 17 786 nəfərin əmanəti 1 manata, 11 534 nəfərin əmanəti isə 1 manatdan 1 000 manata qədərdir. 1 000 manatdan artıq pulu olan əmanətçilərin sayı isə 2 639 nəfərdir və avqustun 19-na onlardan 1 915 nəfərinə (72,6%) 56,455 mln. manat kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti