...

“Amrahbank”da “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində növbəti təlim

İqtisadiyyat Materials 29 Avqust 2016 11:00 (UTC +04:00)
22-30 avqust tarixlərində Azərbaycan Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi üzrə təlimlərə başlanılıb.
“Amrahbank”da  “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində növbəti təlim

Bakı. Trend:

22-30 avqust tarixlərində Azərbaycan Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi üzrə təlimlərə başlanılıb.

“Amrahbank"dan Trend-ə verilən məlumata görə, maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulub.

Təlimlər ilkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində, Əmanətlərin Sığortalanması Fondunda başlamışdır. 24 avqust 2016-cı il tarixində isə iştirakçılar “Amrahbank”ın baş ofisində təlimdə olublar. Təlimdə iştirak edən 30-a qədər iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini təkmilləşdiriblər.

Amrahbankın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”da korporativ idarəetmənin təşkili, valyuta rejimi, bank xidmətlərinin növləri, plastik kartlardan istifadə qaydaları və digər aktual mövzular üzrə məlumatlar verilib. Çıxışlar maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verilib. Daha sonra iştirakçılar əyani olaraq “Amrahbank”da müştərilərə göstərilən xidmətlərlə tanış olublar. Sonda iştirakçılar və təlimçilər xatirə şəkilləri çəkdiriblər.

Onu da qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir.
“Amrahbank” olaraq inanırıq ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti