Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycanda manatın xarici valyutalara qarşı mübadilə məzənnəsinin müəyyənləşdirilməsi zamanı tətbiq edilən 4 faizlik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
O bildirib: "Biz marjanın dəyişdirilməsinə hazırda ehtiyac görmürük, çünki bu dəhliz valyuta bazarında spekulyasiyanın qarşısını alır. Bundan başqa, bu dəhlizin tətbiqi bankları vəsaitlərini 4 faizlik gəlirlə reallaşdırmağa stimullaşdırır".