...

Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatır (VİDEO/FOTO)

İqtisadiyyat Materials 5 Oktyabr 2016 10:37 (UTC +04:00)
21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.
Qala-Pirallahı avtomobil yolunun tikintisi başa çatır (VİDEO/FOTO)

Bakı. Trend:

21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 km-lik 3 gediş,3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3.75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11.5 metrdir. Yolun ümumi eni 34 metr, ayrıcı zolağın eni təhlükəsizlik zolaqları ilə birgə 4 metr, çiyinlərin hər birinin eni isə 0.75 metr bərkidici zolaqlarla birgə 3.75 metrdir. Zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün 1.5-2 metr enində piyada səkiləri də inşa edilib.

Tikinti layihəsinə uyğun olaraq yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 sm, qırmadaşlı əsas layın qalınlığı isə 27 sm-dir. Bundan başqa bitumlu əsas lay 15 sm, əlaqələndirici qat 8 sm, aşınma qat da 4 sm olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 sm-dir.

Layihə çərçivəsində yol boyu müasir işıqlandırma sistemi qurulacaq, zəruri yol nişanları quraşdırılacaq, yolciqgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Xatıqladaq ki, layihə üzrə 2014-cü ildə Qala-Pirallahı avtomobil yolunun tikintisi işləri Pirallahı istiqamətində aparılıb. Bu yolda tikinti işləri 7-ci km-lik hissədən başlanmış və 21,6-cı km-lik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti