...

Bank VTB (Azərbaycan) Bakıda yeni filial açıb (FOTO)

İqtisadiyyat Materials 24 Oktyabr 2016 15:16 (UTC +04:00)
Bu gün Bakıda bank VTB (Azərbaycan)-ın yeni ofisi – “Elmlər” filialı açılıb.
Bank VTB (Azərbaycan) Bakıda yeni filial açıb  (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda bank VTB (Azərbaycan)-ın yeni ofisi – “Elmlər” filialı açılıb.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filial H.Cavid prospekti,32 ünvanında, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşir.

“Elmlər” filialı fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təklif edir. Müştərilərə cari və depozit hesabların açılması, plastik kartların sifarişi, ölkə daxilinə və xaricə pul göndərilməsi və alınması, hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edilir. Filialda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyə xidmətlərinə xüsusi diqqət yetiriləcək.

“Elmlər” filialının üstünlüklərindən biri seyf qutularının icarəsi üzrə xidmətin göstərilməsidir. Müştərilər sənədlərini, zinət əşyalarını, pullarını və digər qiymətli əşyalarını güvənli və təhlükəsiz şəraitdə qoruyub saxlamaq üçün müxtəlif həcmli depozit qutularını icarəyə götürə bilər.

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib: “Paytaxtın sıx əhalisi olan hissələrindən birində yeni filialın açılması bankın inkişaf strategiyasına uyğundur. Məqsədimiz Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmaqdır. Müştəri və tərəfdaşlarımızın rahatlığını təmin etmək üçün biz, filial şəbəkəmizin yaxşılaşdırılması və müasirləşdirilməsi siyasətimizi davam etdirəcəyik”.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti