...

''Neft Daşları''nda yeni quyu istismara verilib

İqtisadiyyat Materials 31 Oktyabr 2016 15:46 (UTC +04:00)
''Neft Daşları'' yatağında yeni quyu istismara verilib.
''Neft Daşları''nda yeni quyu istismara verilib

Bakı. Trend:

''Neft Daşları'' yatağında yeni quyu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə daha bir quyu istismar fonduna qəbul edilib.

“Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən qazılmış 2582 nömrəli quyu istismara verilib. Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2410-2395 metr intervaldan sutkalıq 20 ton neft və 1000 kubmetr qaz ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti