...

Sumqayıt Kimya Sənaye Parkı rezidentlər üçün güzəştləri artıracaq

İqtisadiyyat Materials 1 Noyabr 2016 17:47 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkı rezidentlər üçün güzəştlər siyahısının genişləndirilməsi üzərində işləyir.
Sumqayıt Kimya Sənaye Parkı rezidentlər üçün güzəştləri artıracaq

Bakı - Trend:

Sumqayıt Kimya Sənaye Parkı rezidentlər üçün güzəştlər siyahısının genişləndirilməsi üzərində işləyir. Trend-in məlumatına görə, bu açıqlamanı Bakıda keçirilən Azərbaycan-Rusiya regionlararası forumu zamanı parkın direktor müavini Zaur Məmmədov verib.

Z.Məmmədov deyib ki, parkın rezidentləri üçün enerji daşıyıcılarına xususi tarifin təyin edilməsi və onların xammal idxalı vergisindən azad olunması məsələlərinin tətbiqi planlaşdırılır.

Onun sözlərinə görə, hazırda Sumqayıt Kimya Sənaye Parkının rezidentləri yeddi il müddətinə daşınmaz əmlak, torpaq, mənfəət və əlavə dəyər vergilərindən azad edilib. Gələcəkdə park ərazisində 35-40 müəssisənin yaradılması planlaşdırılır ki, bu da 7 minə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti