...

Bakının bu rayonunda qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 12 Dekabr 2016 09:22 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
Bakının bu rayonunda qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, dekabrın 12-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti