...

Expressbank yüksək nəticələri ilə fərqlənən əməkdaşlarını mükafatlandırıb

İqtisadiyyat Materials 2 Fevral 2017 10:16 (UTC +04:00)

Bakı. Trend:

Peşəkar xidmət və yüksək müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxlayan Expressbank ötən ilin nəticələrinə görə bu sahədə seçilən əməkdaşlarını təltif edib.

Bankdan Trend-ə verilən məlumata görə, “2016-cı ilin müştərilərə xidmət üzrə ən yaxşı mütəxəssisi” nominasiyasında Yasamal filialının Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Əliyeva Alvina Tahir qızı və Mərkəz filialının Müştərilərlə iş üzrə mütəxəssisi Pirverdiyeva Tamilla Elçin qızı, “2016-cı ilin çarpaz satış üzrə ən yaxşı mütəxəssisi” nominasiyasında Gəncə filialının Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Bayramova Pərvanə Mayıl qızı təltif olunublar. Əməkdaşlara sertifikat və hədiyyələr təqdim olunub və gələcək karyeralarında daha böyük müvəffəqiyyətlər arzu edilib.

İstənilən şirkətin uğurlu gələcəyinin təməlini - peşəkar, savadlı kadrların mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması təşkil edir. Bunu nəzərə alan Expressbank hər zaman işçi heyəti üçün təlim və treyninqlər, kvalifikasiyanın artırılması üzrə müxtəlif proqramlar təşkil edir. Siz də bu xidmət keyfiyyətini özünüz sınaqdan keçirmək istəyirsinizsə, Expressbank-ın istənilən filialına yaxınlaşa bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti