...

Bu ərazilərdə qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 4 Fevral 2017 14:06 (UTC +04:00)
Fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Bu ərazilərdə qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar, fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti