...

A-Qroup sığorta haqlarının 43 % artımını nümayiş etdirdi

İqtisadiyyat Materials 9 Fevral 2017 10:34 (UTC +04:00)
A-Qroup bir daha sığorta haqlarının artımını nümayiş etdirib.
A-Qroup sığorta haqlarının 43 % artımını nümayiş etdirdi

Bakı. Trend:

A-Qroup bir daha sığorta haqlarının artımını nümayiş etdirib.

2017-ci ilin yanvar ayının yekununa görə, sığorta haqlarının ümumi həcmi 785 259.03 AZN təşkil etmiş və bu da 2016-cı ilin analoji hesabat dövründən 43% artıqdır. Şirkətdən Trend-ə verilən məlumata görə, həmişə olduğu kimi daxil olmaların böyük hissəsi könüllü tibbi sığorta üzrə olmuşdur - 759 241.65 AZN, bu da 2016-cı ilin yanvarayından 56% artıqdır.

A-Qroup dinamik inkişaf edir, 20 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti