...

"Azərbaycan Dəmir Yolları" əl yüklərinin saxlanma qiymətlərini açıqladı

İqtisadiyyat Materials 22 Fevral 2017 15:15 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri qüvvəyə minib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə, sərnişin daşımaları departamentinin təkliflərinə əsasən, fevralın 17-dən etibarən saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri aşağıdakı kimi müəyyən edilib:

(manatla)

Müddət

Bölmə

Qeyd

Kiçik həcmli

Orta həcmli

İri həcmli

4 saatadək

1,0

2,0

3,0

Əlavə hər saat üçün

0,20

0,30

0,50

Məqalədə:
Xəbər lenti

Xəbər lenti