...

Fransa səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub (FOTO)

İqtisadiyyat Materials 23 Fevral 2017 17:47 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və səfirliyin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda iş prosesi ilə tanış olublar.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verib.

Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Sonra qonaqlar zavodun tikilmə prosesi və fəaliyyətinə dair qısa filmə baxıblar.

O.Buşez zavodun işini yüksək qiymətləndirib, Azərbaycan və Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti