Bakı. Trend:
133 çoxmərtəbəli binaya təbii qaz verilib.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, 2017-cı ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 133 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 6774 mənzili əhatə edir.