Xalid Əhədov: Xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə təsiri yoxdur

Xalid Əhədov: Xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə  təsiri yoxdur

Bakı. Trend:

Ötən həftə ölkənin iqtisadi gündəmi üçün son dərəcə diqqətçəkən bir xəbər yayıldı. Regionun ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyasına başlanması elan olundu. Yəni, bu dövlət bankının xarici borcları birbaşa dövlətə ötürüləcək və həmin borcları Azərbaycan dövləti ödəyəcək.

Belə bir addımda məqsəd nədir? Bu qərar nələrə təsir göstərə bilər?

Sualları Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov cavablandırır:

- Xalid müəllim, bu məsələ müxtəlif çevrələrdə hələ də müzakirə olunmaqdadır. Elə biz də söhbətə konkret sözdən başlamaq istərdik: niyə restrukturizasiya?

- Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası ölkənin maliyyə sektoru üçün çox önəmli proses olduğundan yerli və beynəlxalq mətbuatın məsələyə bu qədər diqqət ayırması anlaşılandır. Ən böyük bankların belə dəfələrlə tətbiq etdiyi restrukturizasiya nədir, əvvəlcə bunun mahiyyətini qısaca izah edim. Hər bir bankın var aktivləri, var aktivlərin mənbəyi olan öhdəlikləri və bir də var aktivlərlə öhdəliklər arasındakı fərqdən ibarət olan kapitalı. Əgər bankın kapital çatışmazlığı yaranırsa, ya aktivlərlə bağlı, ya öhdəliklərlə bağlı, yaxud eyni vaxtda bunların hər ikisi ilə bağlı nələrsə etmək lazımdır ki, kapital mövqeyi düzəlsin. Son illər Azərbaycan Beynəlxalq Bankında baş verənlər barədə cəmiyyət kifayət qədər məlumatlıdır. Bütün bunlar, eləcə də dünya bazarında neftin qiymətinin ucuzlaşması və bunun ölkəmizin makroiqtisadi vəziyyətinə ziyanlı təsirləri bankın maliyyə durumuna əhəmiyyətli şəkildə təsir göstərib. Nəticədə, bank 2016-cı ili zərərlə başa vurub. Ona görə də bankın xarici öhdəliklərinin restrukturizasiya edilməsi məsələsi gündəmə gəlib. Könüllü restrukturizasiya qərarı bu fəsadın aradan qaldırılmasına, Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyinin güclənməsinə hesablanmış bir qərardır.

Əgər Bankın sağlamlaşdırılması proqramı ilkin mərhələdə yalnız aktivlər tərəfində tədbirləri nəzərdə tuturdusa (söhbət 2015-2016-cı illərdə bankın 10 milyard manatlıq toksik aktivinin Aqrarkredit təşkilatına ötürülməsindən gedir) - indi ikinci mərhələ olaraq öhdəliklər tərəfində də tədbirlər həyata keçirilir. Yəni, bankın xarici kreditorlar qarşısındakı öhdəlikləri bankın balansından çıxarılaraq dövlətin balansına keçirilir. Beləliklə, bir tərəfdən aktivlərlə bağlı tədbirlər, digər tərəfdən öhdəliklərlə bağlı tədbirlər Azərbaycan Beynəlxalq Bankının kapital səviyyəsinin bərpasını təmin edəcək.

Bu, dünyada bankların sağlamlaşdırılması zamanı tətbiq edilən üsullardan biridir. İki cür restrukturizasiya forması var: məcburi və könüllü. Məcburi restrukturizasiya, adından da göründüyü kimi, ödəmə qabiliyyətini tam itirmiş bankların tənzimləyici orqanın qərarı ilə məcburi şəkildə bu prosesə başlamasıdır.

Könüllü restrukturizasiya isə bankın kreditorları ilə qarşılıqlı razılıq əsasında həyata keçirilən və bankın güclənməsinə xidmət edən bir prosesdir. Son onillikdə, xüsusilə qlobal maliyyə böhranı zamanı ayrı-ayrı ölkələrin ABŞ-ın, Böyük Britaniyanın, İrlandiyanın və s. praktikasında bank öhdəliklərinin könüllü restrukturizasiyası effektiv nəticələr verib. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən sağlamlaşdırma prosesi keçən Azərbaycan Beynəlxalq Bankının da sağlamlaşdırılmasının növbəti mərhələsi kimi məhz bu təcrübədən istifadə olunacaq.

- Yerli müştəriləriniz bu restrukturizasiya prosesindən nə gözləməlidirlər?

- Xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur. Çünki xarici öhdəliklərin restrukturizasiyası prosesi onları əhatə etmir. Hətta deyərdim ki, bu, müştərilərimizin faydasına olan bir qərardır. Çünki bank xarici öhdəliklərdən azad olaraq daha bu öhdəliklərə xidmət etmir, bu öhdəlikləri dövlət ödəyir, bank isə güclənməyə, inkişafa, digər strateji məqsədlərinə fokuslanır. Nəticədə müştərilərimizin bankı daha sağlam və güclü maliyyə institutuna çevrilir.

İlk gündən bütün kommunikasiyamızda bu mesajı verməyə çalışmışıq və mən çox şadam ki, bütün müştərilərimiz bunu anlayışla qarşıladılar. Bəzi KİV-lərdə həqiqəti əks etdirməyən yazılar çıxsa da, müştərilərimiz Azərbaycan Beynəlxalq Bankına olan loyallıqlarını nümayiş etdirdilər.

- Könüllü restrukturizasiya qərarı elan olunduqdan sonra beynəlxalq reytinq agentlikləri, konkret Fitch və Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini aşağı saldı...

- Beynəlxalq reytinq agentliklərinin açıqlamalarına Bankın verdiyi şərhdə də qeyd etdiyimiz kimi, bu, normal bir praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yenidən yüksəldiyini görəcəyik. Reytinq agentlikləri özləri də hesabatlarında bunu qeyd ediblər.

- Azərbaycan Beynəlxalq Bankının törəmə banklarının, “ABB – Moskva”nın və “ABB-Gürcüstan”ın da xarici öhdəlikləri restrukturizasiya ediləcəkmi?

- Artıq qeyd etdiyim kimi, Azərbaycan Beynəlxalq Bankının fiziki və korporativ müştəriləri restrukturizasiya prosesinin tərkib hissəsi olmadığı kimi, bizim törəmə müəssisələrimizə də bu proses şamil olunmur. Azərbaycan Beynəlxalq Bankının törəmə banklarının öhdəliklərinin strukturunda xarici kreditorlar yoxdur. “ABB – Moskva”nın və “ABB-Gürcüstan”ın 2016-cı il üzrə maliyyə nəticələri bu bankların saytında yerləşdirilib. Həmin nəticələrə nəzər yetirsəniz, görərsiniz ki, hər iki törəmə bankımızın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın Mərkəzi Banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır. Ona görə də bu bankların hər hansı xarici öhdəliklərinin restrukturizasiyasından söhbət gedə bilməz. Onlar fəaliyyətlərini normal qaydada davam etdirirlər.

- Ötən həftə sonu Azərbaycan Beynəlxalq Bankı ilə bağlı bir sensasion məlumat da Bankın, xarici öhdəliklərin restrukturizasiyası qərarı ilə bağlı Nyu-York məhkəməsinə müraciət etməsindən ibarət oldu. Bu sual bir çoxları üçün hələ də anlaşılmaz qalır: niyə başqa bir ölkə yox, məhz Amerika məhkəməsi?

- “Niyə Amerika məhkəməsi” sualının iki cavabı var: birincisi Azərbaycan Beynəlxalq Bankının heç də dünyanın bütün ölkələrində əhəmiyyətli aktivləri yoxdur, amma ABŞ-da müəyyən həcmdə aktivləri var. Bank xarici müxbir hesablarındakı vəsaitləri ABŞ dolları ilə saxlayır.

Yenə soruşa bilərsiniz, niyə başqa ölkələrin valyutaları ilə yox?! Məsələ burasındadır ki, dünyada aparılan mübadilə əməliyyatlarının 87 faizindən çoxu məhz ABŞ dolları ilə baş verir. Bu səbəbdən banklar xarici ölkələrdəki aktivlərini ABŞ dolları ilə saxlayırlar. Ona görə də Azərbaycan Beynəlxalq Bankı xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York məhkəməsinə müraciət etdi və bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bu da bütün dünyada restrukturizasiya proqramının ayrılmaz hissəsidir.

“Niyə Amerika məhkəməsi?” sualının ikinci cavabı isə bundan ibarətdir ki, bizim restrukturizasiya predmeti olan xarici öhdəliklərimiz arasında ABŞ qanunvericiliyinə əsasən bağlanmış əqdlər də var. Ona görə bu ölkənin məhkəməsinə müraciət etmişik. Əslində Nyu York məhkəməsinin qərarı bizim maraqlara cavab verir.

- Restrukturizasiya qərarı elan olundu, fikirlər, rəylər açıqlandı, maraqlıdır, bundan sonra nə baş verəcək?

- Restruktruzizasiya planı var, bu sənəd bankın saytında yerləşdirilib, ona uyğun addımlar atılacaq. Növbəti mərhələdə mayın 23-də Londonda xarici kreditorlarla görüş keçiriləcək. Qanuna uyğun olaraq müvafiq səs çoxluğu əsasında adekvat qərarlar qəbul ediləcək. Kreditorların hər hansı qərara səs verməsindən ötrü ən mühüm amil, təbii ki, tətbiq ediləcək planın ədalətli olmasıdır. Bu da qarşılıqlı danışıqlardan asılı olan məsələdir. Mayın 23-də xarici kreditorlarımızla müzakirələr aparacağıq və Azərbaycan dövlətinin bu vəsaitləri nə zaman, hansı şərtlərlə qaytarması barədə razılaşmalar əldə ediləcək.

- Söhbət nə qədər kreditordan gedir?

- Xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi, ümumilikdə 37 əqdi əhatə edir.

- Bu günlərdə mətbuatda Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlardan biri qarşısındakı 100 milyon dollarlıq öhdəliyini yerinə yetirməkdən imtina etməsi xəbəri yayıldı...

- Bu da, qeyd etdiyimiz həmin 37 əqddən biridir. Bütün dünyada qəbul edilmiş işgüzar təcrübə var ki, restrukturizasiya qərarı elan olunduqdan sonra bank bir kreditor qarşısında öhdəliklərini yerinə yetirib, digərinin ödənişlərindən imtina edə bilməz. Bu zaman, o biri kreditorlarımızın maraqlarına xələl gətirmiş olarıq. Mayın 23-də keçirilən görüşdən sonra həmin kreditorumuz qarşısındakı öhdəliklərlə bağlı məsələ də müsbət həllini tapacaq.

- Azərbaycan Beynəlxalq Bankının gələcək planları nədən ibarətdir?

- Hazırda Bankın sağlamlaşdırılması prosesinin növbəti mərhələsinə paralel olaraq bir sıra strateji layihələr yerinə yetirilir. Bankın filiallarında biznes prosesləri optimallaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər fəaliyyətin çevikliyini, effektivliyini, ən əsası isə müştərilərimizə daha keyfiyyətli xidməti təmin edəcək.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsinə hazırlıq başlanacaq. Özəlləşdirməyə hazırlıq kifayət qədər böyük bir layihədir və bu, bankın gələcəyə baxan aydın strategiyaya malik olmasını tələb edir. Çünki potensial investorlar bankın necə mənfəət qazanacağını bilmək istəyəcəklər. Restrukturizasiya bitdikdən sonra biz belə bir strategiyanı hazırlayıb bankın səhmdarlarına təqdim edəcəyik və strategiyanın təsdiqindən sonra dərhal onun icrasına başlanacaq.

Hazırda Bankın institusional inkişafı istiqamətində işlər gedir. Bir sıra strateji istiqamətlərdə komandaya yeni peşəkar üzvlər cəlb olunur. Bizim üçün xoşdur ki, elan etdiyimiz vakansiyalar böyük maraqla qarşılanır. Bank sektorunda kifayət qədər təcrübəsi olan bir çox peşəkarlar bizimlə birgə çalışaraq Azərbaycan Beynəlxalq Bankının uğur hekayəsinin bir hissəsi olmağa həvəs göstərirlər.

Fici yaxınlığında zəlzələ baş verib
Fici yaxınlığında zəlzələ baş verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Loading Bars
Xəbər lenti
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
Bütün xəbərlər